Splash
logo Pulsuz Təklif Partnyor ol

Yardım mərkəzi

Daim verilən suallar

Populyar suallar

Əgər rezervasiya, hesab və müalicə ilə bağlı qarşılaşdığınız problemi səhifədə təmin edilmiş cavablar köməyi ilə həll edə bilmirsinizsə, bizə müraciət etməyə çəkinməyim.

Başlamaq
Xəstəxanaları axtarmaq üçün Intclinicsdən necə istifadə edə bilərəm?

Ana səhifəmizdə olan axtarış menyusunda açar sözlər və filterlərdən istifadə etməklə xəstəxanaları yerləşmə mövqeyi, müalicə, xidmətlər, dillər və beynəlxalq akkreditasiyaya görə tapa bilərsiniz. Tələblərinizə uyğun olan bir neçə xəstəxana tapdıqdan sonra, onlara ismarıc yazıb detalları müzakirə edə və görüş təyin edə bilərsiniz.

Hansı xəstəxananın mənə uyğun olduğunu necə öyrənə bilərəm?

Hər bir xəstəxananın profilində onun göstərdiyi xidmətlər, həkimlər, məkan və əlavə detallar mövcuddur. Əlavə olaraq, siz əvvəlki pasientlər tərəfindən xəstəxana haqqında paylaşılmış rəyləri tapa bilərsiniz. Əgər əlavə məlumata ehtiyacınız varsa, siz hər zaman xəstəxanaya ismarıc göndərib öz suallarınızı verə bilərsiniz.

Mən öz xəstəxanamı/klinikamı necə İntclinicsə əlavə edə bilərəm?

Əgər siz öz klinikanızı, xəstəxananızı və ya müalicə mərkəzinizi Intclinics.coma əlavə etmək istəsəniz, biz məmnuniyyətlə sizin müraciətinizə baxa və tələblərimizə uyğun olduğu halda qəbul edə bilərik. Bu səhifənin başlığında olan "Partnyor ol" düyməsini sıxaraq müraciətinizi göndərə bilərsiniz və bizim komanda sizə ən tez zamanda geri dönüş edəcəkdir. Əlavə olaraq, Intclinics.coma klinika əlavə etmək barədə geniş məlumat almaq istəsəniz bizə hər zaman email göndərə bilərsiniz. [email protected] bizim tibbi xidmət qurumları üçün ayırdıgımız email ünvanıdır

Xəstəxanalar
Intclinicsdə hansı növ xəstəxanalar yayımlana bilər?

Intclinics bütün dünya üzərində olan tibbi xidmət göstərən müəssisələrin yayımlanması üçün bir platformadır. İntclinicsdə yayımlanan bütün tibbi xidmət müəssisələri bizim ciddi keyfiyyətə zəmanət meyarlarımıza uyğun olduğuna sizi əmin edirik. Xəstəxananı öz platformamızda yayımladığımız zaman bir çox parametrləri nəzərə alırıq. Yalnız beynəlxalq akkreditasiya olunmuş və tanınan tibbi xidmət müəssisələri yayımlanmışdır; Biz Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməmiş heç bir xəstəxananı yayımlamırıq.

Xəstəxanada olan həkimlər barədə necə meəlumat ala bilərəm?

Siz xəstəxananın səhifəsini ziyarət edərək şəxsi heyət və həkimləri görə bilərsiniz. Xəstəxanalar həkimlərin tam siyahısını əlavə etməyə bilər, bu halda siz şəxsi hesabınızdan xəstəxanaya ismarıc göndərərək əlavə məlumat tələb edə bilərsiniz. Intclinics.comda yayımlanan xəstəxanalar beynəlxalq akkreditə olunmuş və nazirlik tərəfindən təsdiqlənmişdir; Əlavə olaraq, həkimlər də həmçinin öz sahələrinin təcrübəliləridir.

Görüşlər
Mən necə görüş təyin edə bilərəm?

Əgər maraqlandığınız xəstəxana sifariş üçün uyğundursa siz xəstəxananın səhifəsində bunun açıq şəkildə qeyd olunduğunu görəcəksiniz. Sizdən görüşü yadda saxlamazdan öncə daxil olmaq və şəxsi məlumatlarınızı düzgün daxil etmək tələb olunur. Sizin görüş istəyiniz dərhal xəstəxanaya göndəriləcək və siz onların müraciətinizə cavab verməsini gözləməlisiniz. Tibb müəssisəsindən gələn cavabı şəxsi hesabınızda görə bilərsiniz. Xəstəxanalar sizin görüş tələbinizi qəbul etməmə və ləğv etmə haqqına sahibdirlər.

Mən görüş tariximi necə dəyişə bilərəm?

Ciddi şəkildə tövsiyyə olunur ki, görüş vaxtını dəyişmək üçün gorüş təyin etdiyiniz xəstəxanaya ismarıc göndərəsiniz. Siz həmçinin qəbul edəcəyiniz müalicəni dəyişmək üçün xəstəxanaya müraciət edə bilərsiniz və ya səyahətiniz zamanı sizi müşayət edəcək şəxslər barədə məlumat verə bilərsiniz.

Mən görüşü necə ləğv edə bilərəm?

Mən görüşü necə ləğv edə bilərəm?

İstifadə qaydaları
Əgər mən Intclinicsdə qeydiyyatdan keçmək üçün öz sosial media hesabimdan istifadə etsəm, Intclinics mənim adımdan paylaşım edə bilər?

Xeyr, Intclinics sosial media hesablarınızdan istifadə etməklə qeydiyyatdan keçdiyinizdə sizin adınızdan heç bir paylaşım etməz və edə bilməz.

Şəxsi hesab yaratdıqdan sonra nə etməliyəm?

Sizdən hesabınızda lazım olan xanaları doldurmağınız tələb olunur, əks halda sizin görüş tələbiniz zamanı şəxsi məlumatlarınız əskik ola bilər. Siz hər zaman hesabınızdakı şəxsi məlumatlarınızı dəyişə bilərsiniz.

Intclinics tibbi məsləhətlər təklif edir?

Intclinics tibbi məsləhətlər, diaqnostika və ya müalicə təklif etmir. Saytda təklif edilən məlumatlar pasient/ziyarətçi və onun həkimi ilə arasindaki əlaqəni əvəz etmək üçün deyil, təmin etmək üçün təşkil edilib. Zəhmət olmasa əlavə məlumat üçün Şərtlər və Qaydalarımızı həmçinin Gizlilik Siyasətimizi gözdən keçirin.

Niyə mən öz hesabıma daxil ola bilmirəm?

Əgər düzgün email və şifrədən istifadə etdiyin halda öz hesabınıza daxil ola bilmirsinizsə, sizin hesabınız dondurulmuş ola bilər. Bu hesabınıza şubhəli daxil olma hallarında və ya istifadə qaydalarımızın pozuldugu halında baş verə bilər. Hesabınıza giriş məhdudiyyəti müvəqqəti və ya daimi ola bilər. Əgər siz hələ də hesabınızla bağlı köməyə ehtiyacınız olduğunu düşünürsünüzsə zəhmət olmasa bizə email gondərin.