Bu necə işləyir
Pulsuz Təklif
Əgər haradan başlayacağınıza əmin deyilsinizsə, xaricdə müalicəniz üçün bizimlə bu addımları izləyin.
-
01
Ən yaxşı müalicəni tapmaq
Bizim xəstəxana şəbəkəmiz geniş sahədə tibbi tələbləri əhatə edir. Başlamaq üçün, onlar tərəfindən təklif olunan xidmətləri bizim əsas səhifədə olan axtarış bölməsindən istifadə edərək filtrləyə bilərsiniz. Siz onları göstərdikləri xidmətə görə müqayisə edə, rəylərini görə və onların profillərində onlar haqqında ətraflı məlumat ala bilərsiniz. Siyahısını təqdim etdiyimiz bütün tibbi xidmət müəssisələri bizim ciddi keyfiyyətə zəmanət kriteriyalarımıza uyğun olmalıdır.
-
02
Görüş təyin etmək
Xəstəxananı seçdikdən sonra, xəstəxananın profilində olan formdan istifadə etməklə görüş təyin edə bilərsiniz. Bunun üçün pulsuz hesab yaratmalısınız ki, bu sadəcə bir dəqiqə vaxt alacaq. Əgər xəstəxana seçməklə, hesab yaratmaqla və ya görüş təyin etməklə bağlı probleminiz varsa təlimat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
-
03
Nəzərdən keçirmə prossesi
Siz görüş üçün müraciətinizi təsdiq etdikdən sonra, tibbi xidmət göstərən müəssisə sizin müraciətinizi qiymətləndirəcək və sizinlə ən tez zamanda əlaqə saxlayacaq. Daha sonra xidmət göstərən tərəfindən müalicə planını sifariş etmək üçün təlimatlandırılacaqsınız və səyahət və qalınacaq yer üçün keçid edəcəksiniz.
-
04
Qalınacaq yer və uçuş sifarişi
Müalicənizi sifariş etdikdən sonra, paketinizə qalınacaq yer və uçuşun daxil olub olmadığını yoxlamalısınız. Xidmət göstərənlərin bir çoxu həmçinin qalınacaq yer, uçuş biletləri və hava limanında qarşılama xidmətlərini də əhatə edir. Əgər sizin müalicə planınıza qalınacaq yer və ya uçuş bileti daxil deyilsə, siz onları tibbi xidmət göstərən müəssisənin təyin etdiyi müalicə tarixi və məkanını nəzərə alaraq sifariş edə bilərsiniz.
-
05
Viza Müraciəti
• Vətəndaşlığınız və gedəcəyiniz məkandan asılı olaraq sizin vizaya ehtiyacınız ola bilər. Əgər səyahətinizə görə vizaya müraciət etməyə ehtiyacınız olarsa gedəcəyiniz ölkənin səfirliyinə müraciət edə və ya bizə e-mail vasitəsi ilə pulsuz Vizaya Müraciət Təlimatı üçün müraciət edə bilərsiniz . Əlaqə məlumatları üçün Bizimlə Əlaqə səhifəsinə baş çəkin.
-
06
Məkana səyahət et
Müalicəniz üçün tarix və zamanı təsdiq etdikdən, uçuş biletinizi sifariş etdikdən, qalınacaq yeri təşkil etdikdən və bütün lazımi sənədləri topladıqdan sonra səyahət uçun hazırsıznız. Siz bütün lazımi sənədlərinizi müalicə mərkəzinə gətirməlisiniz, məsələn passportunuzu, əvvəlki əlaqəli tibbi qeydlərinizi və müalicəniz üçün zəruri olan digər predmetləri.
-
07
Hava limanı transferləri
Əgər sizin müalicə paketi hava limanında qarşılama xidmətini əhatə edirsə, siz hava limanında qarşılanacaqsınız. Xəstəxananız gedəcəyiniz yerə etibarlı bir şəkildə çatdığınızdan əmin olmalıdır. Hava limanında qarşılama heyəti sizin qalacağınız yer və xəstəxana ünvanınız barədə əvvəlcədən məlumatlandırılacaq. Səyahətiniz zamanı üzləşəcəyiniz hər hansı çətinlik halında Intclinics Yardım Mərkəzi 24/7 onlayndır.
-
08
Xəstəxanada müalicə
Biz pasientlərimizi ən yaxsı tibbi xidmət və dəstəklə təmin etməyi qərara almışıq belə ki, onlar tibbi səyahət zamanı özlərini xoşbəxt və təhlükəsiz hiss etsinlər. Biz sizin müalicənizin inkişafını izləyəcəyik və müalicəniz dövrü və sonrasında bütün suallarınız üçün hazır olacağıq.
-
09
Müalicədən sonra
Xəstəxanadakı müalicənizdən sonra, müalicə müddətindən və geri dönüş biletindən asılı olaraq, geriyə, hava limanına yönləndiriləcəksiniz, və tibbi səyahət başa çatacaq. Intclinicsdəki prosses menecerimiz inkişafı izləyəcək və suallarınız üçün hazır olacaq. Prosses bitdikdən sonra sizdən rəyinizi soruşa bilərik.